Missiya və hədəflərimiz

ASC Missiya və hədəflərimiz

Aqrar Müştərək Sığortanın Missiya və Hədəfləri

Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək

Missiyamız:

Aqrar Müştərək Sığortanın əsas missiyası davamlı biznes inkişafını təşviq edərək kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək və hər zaman öz öhdəliklərini yerinə yetirməkdir.

Hədəflərimiz:

  • Kənd təsərrüfatı məhsullarının istehsalının davamlılığını və dayanıqlılığını təmin etmək;
  • İstehlakçıların maliyyə maraqlarının keyfiyyətli qorunmasını təmin etmək;
  • Sığorta bazarında keyfiyyət standartlarına və yüksək mövqelərə nail olmaq;
  • Kənd təsərrüfatı istehsalının artırılmasına dəstək olmaq;
  • Kənd təsərrüfatının qeyri-neft ÜDM-də payının artmasına nail olmaq;
  • Ərzaq təhlükəsizliyinin təmin edilməsi;
  • Kəndlilərin həyat səviyyəsinin yüksəldilməsinə dəstək olmaq;
  • Miqrasiya səviyyəsinin aşağı salınması;
  • Urbanizasiya səviyyəsinin aşağı salınması;
  • Aqrar sektora investisiya cəlbediciliyinin yüksəldilməsi;
  • Kənd təsərrüfatı məhsulları üzrə idxaldan ixraca keçilməsi;
  • Kənd təsərrüfatında böhranın idarəolunmasından riskin idarə oluması metoduna keçilməsi;

Maliyyəyə çıxış imkanlarının genişləndirilməsi.