İdarəedici qurum haqqında

ASC İdarəedici qurum haqqında

İdarəedici qurum haqqında

İdarəedici qurum - «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyəti ”


Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemi üzrə idarəedici şirkət - «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyətidir.


«Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC – Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən kommersiya hüquqi şəxsdir.


«Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib.


6 oktyabr 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-yə sığorta fəaliyyəti həyata keçirmək üçün lisenziya verilib (Lisenziyanın qeydiyyat nömrəsi SF-002, müddəti 5 il).


ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir və Cəmiyyət öz adından sığorta fəaliyyətini həyata keçirə bilməz


Cəmiyyətin fəaliyyətinə nəzarət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.


«Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin nizamnamə kapitalı 2 187 500 (iki milyon yüz səksən yeddi min beş yüz) manat həcmində olmaqla, hər biri 1 (bir) manat dəyərində olan iki milyon yüz səksən yeddi min beş yüz ədəd adi adlı sənədsiz səhmdən ibarətdir.