Xəbər-detayı

Xəbərlər Azərbaycanda pambıq sahələrinin sığortasında - FERMERLƏR ÜÇÜN SƏRFƏLİ YENİLİK

Azərbaycanda pambıq sahələrinin sığortasında - FERMERLƏR ÜÇÜN SƏRFƏLİ YENİLİK

03-Jun-2024
news_image

Pambıq sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinin yaxın günlərdə başlanacağı gözlənilir.

Azərbaycanda kənd təsərrüfatında mühüm bitkilərdən sayılan pambıq sahələrinin sığortası mövsümü başlayıb. Xatırladaq ki, pambıq Azərbaycan iqtisadiyyatında, o cümlədən ölkədən ixracda əhəmiyyətli paya malikdir. Azərbaycanda təqribən 100 min hektara yaxın ərazidə pambıq yetişdirilir, bu sahədə 200 min nəfərdən çox əhali çalışır. Ölkədə pambıq 20-yə yaxın rayonda əkilir, ən çox pambıq becərilən rayonlar Saatlı, Ağcabədi, Sabirabad, Beyləqan və İmişlidir. Eyni zamanda pambıq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ilk beşlikdədir. Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-subasma, qasırğa, fırtına, leysan yağışları, ildırım vurması, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallar aiddir. Dövlətin sığorta haqqına göstərdiyi 50%-lik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər. Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar əkinlərini bəyan etdikdən sonra sığorta üçün müraciət etməlidir.