Xəbər-detayı

Xəbərlər Azərbaycanda sığortalanan əkin sahələri genişlənir – YENİ RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycanda sığortalanan əkin sahələri genişlənir – YENİ RƏQƏMLƏR AÇIQLANDI

03-Jun-2024
news_image

Ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub

Aqrar Müştərək Sığorta 2024-cü ilin 1-ci rübü üzrə nəticələrini açıqlayıb. Fondun məlumatına görə, cari ilin yanvar-mart ayları ərzində Aqrar Müştərək Sığorta tərəfindən 323 min hektar əkin sahəsi və 882 baş kənd təsərrüfatı heyvanları sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqribən 7% artıb. Hesabat dövründə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrüfatlarının sığortası üzrə 537 min manat olmaqla, ümumilikdə 7 milyon 352 min manat sığorta haqqı toplanıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub. Sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 255 milyon manatdan artıq olub. Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək olar.