Xəbər-detayı

Xəbərlər Aqrar Sığorta Fondu Masallıda fermerlərlə görüş keçirib

Aqrar Sığorta Fondu Masallıda fermerlərlə görüş keçirib

11-Dec-2024
news_image

Masallı rayonunda Aqrar Sığorta Fondunun Cəlilabad filialının və Masallı rayonu İcra Hakimiyyətinin təşkilatçılıği ilə fermerlərlə görüş keçirilib

Görüşdə rayon fermerləri, icra və bələdiyyə nümayəndələri, Masallı rayon DAİM rəhbərliyi iştirak ediblər. Fermerlərə aqrar sığortanın əhəmiyyəti, iş prinsipi barədə ətraflı məlumat verilib, sığorta müqaviləsi üçün müraciət qaydası, sığorta şərtləri, məhsullar, sığorta haqqının hesablanması misallarla izah olunub. Görüşdə Aqrar Sığorta Fondunun Cəlilabad regional filialının rəhbəri Rafət Əsgərov çıxış edərək bölgədə aqrar sahə üçün risklər, iqlim dəyişmələrinin təsərrüfatlara təsiri barədə danışıb. Bildirib ki, 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi ödənişlə əkinlərini sığorta edə bilərlər. Məsələn Masallıda və ümumiyyətlə, cənub zonasında 1000 manatlıq buğda sahəsinin sığortalanması fermerə cəmi 6,6 manata, arpa sahəsinin sığortası cəmi 8,3 manata başa gəlir. Eyni məbləğli naringi və limonun sığortalaniması isə fermerə cəmi 12-13 manata başa gəlir. R.Əsgərov hadisə baş verdiyi halda təsərrüfatlara dəyən zərərin hesablanması və ödəniş edilməsi prosesi ilə bağlı fermerlərin suallarını cavablandırıb. Tədbirdə heyvanların sığortası haqda geniş məlumat verilib. Bildirilib ki, 1000 manatlıq iribuynuzlu heyvanın sığortası fermerə cəmi 24 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə 7 manata başa gəlir. Görüşdə fermerlərin çoxsaylı sualları cavablandırılıb və qaldırılan məsələlər geniş izah edilib.